Respublıka Leproz (Cüzəm) Xəstəxanası
Respublika Leproz ( Cüzəm) Xəstəxanası xüsusi təhlükəli və ağır hesab edilən Cüzəm xəstəliyinin müalicəsi və proflaktikası ilə məşğul olan yeganə qapalı tibb müəssisədir. Xəstəxana idarəetmə aparatı və təsərrüfat xidməti işçilərindən təşkil olunmuş 56 ştat vahidindən və 50 çarpayıdan ibarətdir. Xəstəxanda infeksion bölmə mövcuddur.
Hal-hazırda xəstəxanada bir şöbə müalicə və proflaktika şöbəsi fəaliyyət göstərir. Baş həkim müalicə və proflaktika şöbəsinin rəhbəri .Baş həkimin təsərrüfat işləri üzrə müavini idarənin normal fəaliyyət göstərməsi üçün təsərrüfat işlərinin idarə olunmasının həyata keçirir. Xəstəxanada həmçinin həkim- epidemioloq,həkim-dəri zöhrəvi, həkim-cərrah, həkim-terapeft, həkim-lobarant, həkim-stomatoloq kimi ştat vahidləri də mövcuddur.
ƏLAQƏ
- (+99412) 446 80 39
- cuzemxestexanasi@mail.ru
- Bakı şəhəri, Qaradağ rayonu, Çeyildağ qəsəbəsi